Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məktəbdə idman dərsi məktəbli formasıyla keçirilir - VİDEO

Bu məktəbdə idman dərsi məktəbli formasıyla keçirilir - VİDEO

Tarix: 25 Aprel 2023 13:24

Sumqayıtda bir məktəbdə idman dərslərini normal keçmək üçün şərait yoxdur.

Xezerxeber.az xəbər verir ki, şagirdlər idman dərslərinə elə məktəbli formasında qatılırlar.

"Məktəbdə 6 idman müəllimi çalışır"

Onların sözlərinə görə lazımi şərait olmadığından bədən tərbiyəsi dərsləri normal keçilmir. Məsələ ondadır ki, sözügedən təhsil müəssisəsi əvvəllər İdman Təməyüllü məktəb kimi fəaliyyət göstərirmiş. Sonradan bölünərək balansında 1 saylı uşaq gənclər məktəbi, istedad liseyi və 15 nömrəli məktəb yaradılıb.

İdman zalı isə 1 saylı uşaq gənclər məktəbinin balansında qalıb.

"Nəticədə belə vəziyyət yaranıb"

1730 şagirdin təhsil aldığı məktəbdə yaşanan mövcud vəziyyət valideynləri də narahat edir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,məktəbin direktoru Elmira Yaqubova şifahi olaraq bildirib ki, təhsil müəssisəsinin təmirinin 2025-ci ilin layihəsinə salınması üçün aidiyyəti üzrə müraciət olunub. Təmir işləri zamanı qeyd edilən problemlər aradan qaldırılacaq.

Görünən odur ki, həm şagirdlər, həm də pedaqoji kollektiv istəklərinin yerinə yetirilməsi üçün hələ iki il də gözləməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  məktəbdə idman dərsi məktəbli formasıyla keçirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ