Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitin “Formula-1”də iştirakına icazə verildi - FOTO

Bred Pitin “Formula-1”də iştirakına icazə verildi - FOTO

Tarix: 25 Aprel 2023 16:08

Amerikalı aktyor Bred Pitt "Formula-1" Britaniya Qran-prisi öncəsi Silverstounda isinmə dövrəsində yarış avtomobilini sürmək üçün təşkilatçılardan xüsusi icazə alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun iştirakı ilə çəkiləcək kadrlarından keçmiş "Formula-1" sürücüsü haqqında filmdə istifadə olunacaq. Ssenariyə görə, aktyorun qəhrəmanı böyük idmanı tərk etdikdən sonra gənc pilotun mentoruna çevrilir.

Film 7 qat yarış çempionu Lyuis Hamiltonun istehsal şirkəti olan "Dawn Apollo Films" tərəfindən çəkilir.

Qeyd edək ki, Britaniya Qran-prisi iyulun 7-dən 9-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Bred Pitin Formula 1də iştirakına icazə verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ