Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aftandil İsrafilovun SON DURUMU

Aftandil İsrafilovun SON DURUMU

Tarix: 25 Aprel 2023 16:20

Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Sonxeber.net bildirir ki, bu barədə lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.

O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır.  "Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Fondun Prezidenti Mehriban Əliyevaya minnətdarıq", - o bildirib.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı. O uzun müddətdir xəstəxanada müalicə alır.


Etiketlər:  Aftandil İsrafilovun DURUMU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ