Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır

Prezident: Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır

Tarix: 25 Aprel 2023 19:27

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimində bildirib.

"Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra biz hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq", - deyə dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ