Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni və ictimai xadim vəfat edib

Məşhur müğənni və ictimai xadim vəfat edib

Tarix: 26 Aprel 2023 09:20

Məşhur amerikalı müğənni, aktyor və ictimai xadim Harri Belafonte vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. Musiqiçi 96 yaşında Nyu Yorkdakı evində ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hindistandan olan mühacir ailəsində anadan olan Belafonte 1950-ci illərdə ABŞ-da irqi ayrı-seçkiliyin hələ də geniş yayıldığı vaxtlarda şou-biznesin zirvəsinə yüksəlib və bu, tarixi hadisəyə çevrilib. Belafontenin "Day-O" (The Banana Boat Song) və "Jamaica Farewell" kimi hitlərinin daxil olduğu "Calypso" albomu 1956-cı ildə buraxıldıqdan qısa müddət sonra "Billboard" çartının lideri olub və 31 həftə orada qalıb. "Calypso" həmçinin, bir milyondan çox nüsxə satılan ilk albom olub.

Belafonte həm də görkəmli ictimai xadim idi. 1960-cı illərdə o, Amerika Birləşmiş Ştatlarında və dünyada "rəngli insanlar" üçün vətəndaş hüquqları hərəkatını dəstəkləyib.

Milli.Az


Etiketlər:  Məşhur müğənni ictimai xadim vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ