Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah İstanbulda TEKNOFEST-2023 başlayır

Sabah İstanbulda TEKNOFEST-2023 başlayır

Tarix: 26 Aprel 2023 11:56

27 aprel -1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, 102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Məlumata əsasən, festivalda Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA da nümayiş etdiriləcək.

Qeyd edək ki, Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

Milli.Az


Etiketlər:  Sabah İstanbulda TEKNOFEST 2023 başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ