Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi Barselonada, fanatlar aeroporta axışdı - VİDEO

Messi Barselonada, fanatlar aeroporta axışdı - VİDEO

Tarix: 26 Aprel 2023 18:14

Fransa Liqa1-nin son turunda "Anje"ni 2:1 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Kristof Qaltye futbolçulara üç günlük istirahət verib.

Milli.Az xəbər verir ki, Paris klubunun argentinalı ulduzu Lionel Messi fürsətdən istifadə edərək Barselonadakı evinə yollanıb. O, bu müddət ərzində keçmiş komanda yoldaşları ilə görüşüb. Leo Kataloniyada ümumilikdə dörd gün keçirib.

İstirahətin sonunda Parisə qayıtmaq vaxtı gəlib. Bundan xəbər tutan "Barselona" azarkeşləri futbolçunun Parisə uçacağı hava limanına yollanıblar. Onlar hücumçunu buraxmaq istəməyiblər. Azarkeşlər hava liminanın önündə Leonu mühasirəyə alıblar. Onunla şəkil çəkdirən də olub, avtoqraf alan da.

Messiyə "Barsa"ya qayıtması üçün çağırışlar edən fanatların sayı da az olmayıb. Maraq doğuran ifadə isə "axmaqları tərk elə, evinə geri qayıt" olub. Bu zaman azarkeşlərə tərəf baxan 35 yaşlı superulduz azarkeşin şüarını eşidib və gülüb. Həmin an kameralar tərəfindən lentə alınıb.

Leonun PSJ ilə müqaviləsi mövsümün sonunda bitəcək. Onun karyerasını harada davam etdirəcəyi hələ məlum deyil. Ancaq bir şey dəqiqdir:: onu Barselonada Parisdəkindən qat-qat çox sevirlər. (publika)

Milli.Az


Etiketlər:  Messi Barselonada fanatlar aeroporta axışdı VİDEO


RƏYLƏR