Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 19:45
"Azərbaycan rəhbərliyi yenə də parlaq oyun nümayiş etdirir".
Bu barədə Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri, məşhur siyasi ekspert Aleksiy Aretoviç öz Facebook səhifəsində məlumat verib.
"Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizinə nəzarəti ələ keçirib.
İki il yarım bundan əvvəl, sülh müqaviləsi bağlanandan sonra bir çox azərbaycanlı pərişan idilər, "axıradək getmədik, sonadək döyüşmədik" söyləyirdilər. Onları sakitləşdirir, bütün bunların sadəcə, başlanğıc olduğunu deyirdim, "Hər şey sizin olacaq" söyləyirdim.
Qarşılaşdığınız problemləri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb.
Bu gün Azərbaycan rəhbərliyi uzunmüddətli oyunun daha bir parlaq səviyyəsini nümayiş etdirir.
Yalnız paxıllıq etmək olar", - A.Arestoviç yazıb.