Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müəllimlərin diqqətinə: Bu tarixdən etibarən...

Müəllimlərin diqqətinə: Bu tarixdən etibarən...

Tarix: 26 Aprel 2023 21:24

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 28 aprel saat 11:00-da start veriləcək.

Bu barədə Milli.Az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Vurğulanıb ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 2 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Milli.Az


Etiketlər:  Müəllimlərin diqqətinə Bu tarixdən etibarən


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR