Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşa Prokurorluğu Rusiya səfirliyinin hesablarındakı bütün pulları müsadirə edib

Polşa Prokurorluğu Rusiya səfirliyinin hesablarındakı bütün pulları müsadirə edib

Tarix: 27 Aprel 2023 07:50

Polşa Prokurorluğu Rusiya Federasiyası səfirliyinin hesablarından pulları çıxarıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu diplomatik missiyanın rəhbəri Sergey Andreyev deyib.

"Biz prokurorluqdan bildiriş aldıq ki, səfirliyin və "Santander" bankındakı ticarət nümayəndəliyinin hesablarından pullar prokurorluğun hesablarına köçürülüb".

Diplomat əlavə edib ki, daha sonra "Santander" səfirliklə əməkdaşlığa son qoyulması və hesabların bağlanması barədə məlumat verib. Onun sözlərinə görə, söhbət dollarda və Polşa zlotısında saxlanılan "əhəmiyyətli vəsaitlərdən" gedir.

Rusiyanın Varşavadakı səfirliyinin hesabları 2022-ci ilin martında Polşa tərəfindən dondurulub.

Milli.Az


Etiketlər:  Polşa Prokurorluğu Rusiya səfirliyinin hesablarındakı bütün pulları müsadirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ