Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə sağlamlıq turizmindən 20 milyard dollar qazana bilər

Türkiyə sağlamlıq turizmindən 20 milyard dollar qazana bilər

Tarix: 27 Aprel 2023 09:08

Türkiyənin sağlamlıq turizmindən gəliri 20 milyard dollara qədər arta bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Sağlamlıq Turizmi Dərnəyinin (TÜSATDER) prezidenti Servet Terziler bildirib.

O vurğulayıb ki, bunun üçün müvafiq addımların atılması lazımdır.

Terziler sənayedə haqsız rəqabətin qarşısını almaq üçün daha sərt yoxlamalar təklif edib. O qeyd edib ki, məsələn, xəstəxanalarda saç əkimi qeyri-tibbi mütəxəssislər tərəfindən həyata keçirilir və səlahiyyətli şəxsləri bu praktikaya son qoymağa çağırıb.

TÜSATDER rəhbəri 2022-ci ildə sənayenin estetik cərrahiyyə, saç transplantasiyası, stomatologiya və ümumi tibbi xidmətlərdən 4 milyard dollar gəlir əldə etdiyini bildirib və 2019-cu ildə sağlamlıq turizmi gəlirlərinin 3 milyard dollar olduğunu xatırladıb.

Milli.Az


Etiketlər:  Türkiyə sağlamlıq turizmindən 20 milyard dollar qazana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ