Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya cəmi 80 qırıcı itirib, ordusu isə... - NATO generalı

Rusiya cəmi 80 qırıcı itirib, ordusu isə... - NATO generalı

Tarix: 27 Aprel 2023 13:14

Ukraynalılar Rusiya ordusuna qarşı əks-hücum etmək üçün yaxşı vəziyyətdədirlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.

O bildirib ki, ABŞ mümkün qəfil hücum üzərində ukraynalılarla birlikdə işləyib.

Kavolinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə çoxsaylı itkilərə baxmayaraq, Rusiyanın quru qoşunları bu gün müharibənin əvvəlində olduğundan daha çoxdur:

"Rusiya quru qoşunlarından başqa, istifadə edə biləcəyi bir sıra başqa imkanlara da malikdir. Hərbi-hava qüvvələri çox az itki verdi: 80 təyyarə itirdi. Onların daha 1000 qırıcı və qırıcı-bombardmançı təyyarəsi var".

Milli.Az


Etiketlər:  Rusiya cəmi 80 qırıcı itirib ordusu isə NATO generalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ