Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Ukraynadakı itkilərinin sayı 190 minə çatır

Rusiyanın Ukraynadakı itkilərinin sayı 190 minə çatır

Tarix: 28 Aprel 2023 12:12

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 189 460 hərbçisi məhv edilib.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusunun digər döyüş itkiləri 3 694 tank, 7 181 zirehli maşın, 2 467 operativ-taktiki PUA, 2 905 artilleriya sistemi, 543 reaktiv yaylım atəşi sistemi, 294 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 819 avtomobil və tanker, 353 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Etiketlər:  Rusiyanın Ukraynadakı itkilərinin sayı minə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ