Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günün qoroskopu: Yeniliklərdən çəkinməyin, amma hadisələri də tələsdirməyin

Günün qoroskopu: Yeniliklərdən çəkinməyin, amma hadisələri də tələsdirməyin

Tarix: 29 Aprel 2023 00:02

Qoç - gərgin fəaliyyət günüdür. İdeyalar fabrikinə çevrilməyin, cari və rutin işləri yerinə yetirin. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Aktiv xəyalları praktiki işlə əvəzləyin.

Maliyyə itkilərinə təəccüblənməyin, çünki energetik baxımdan xaotik dövr yaşayırsınız.
Şəxsi münasibətlər müstəvisində də dəyişikliklərə hazır olun.

Olaylar ilk baxışdan gözəgörünməz, yaxud da kiçik məsələlər təsiri bağışlasa belə, onların gerçək məna və mahiyyətini az sonra anlayacaqsınız.

Sadəlövh olmayın, hər deyilənə inanmayın.
Sizi təbdən çıxarmağa çalışacaqlar.

Buğa - fəaliyyət strategiyanızın təkmilləşməyə və yenidənqurmaya ehtiyacı var. Hadisələrin axarında olmaq üçün çevik hərəkət etməyə alışın.

Ev işləri və şəxsi münasibətlər daha çox diqqət, vaxt tələb edir.
Yeni təklif almağınız, yaxşı tanıdığınız insanın gümanlarınızı yanıldaraq mənasız iddia ilə çıxış etməsi və nə isə istəməsi mümkündür.

Günün ikinci yarısında enerjiniz artacaq. Qüvvənizi yaradıcı fəaliyyətə yönəldin. Aqressiv və inadkar olmayın.

Əkizlər - səfər, ezamiyyət, toplantı, yeni ideyaların reallaşdırılması, sövdələşmə və müqavilələr üçün əlverişli gündür. İlk baxışdan asan və sadə görünən gəlir vasitəsinə aldanmayın. Hər şey göründüyü kimi deyil.

Münasibətləri daha ciddi səviyyəyə yönəltmək cəhdi uğursuzluğa düçar olacaq.
Nikbin olun, problemləri dərd etməyin.

Yaxın qohumlara baş çəkin, qonşularla mükalimədən qaçmayın.
Günün ikinci yarısında ciddi təklif alacaqsınız.

Cavab verməyə tələsməyin. Düşünün, götür-qoy edin.

Xərçəng - hədsiz emosionallıq və yersiz hissiyat problemlər yarada bilər. Qaraqabaq, aqressiv olmayın. Yaxın ətrafınızdakı insanların istəklərini, onların mənafelərini qulaqardına vurmayın.

Addımlarınızı önəm verdiyiniz insanların planları ilə korrektə etmək olar.
Nüfuzlu şəxslə yeni münasibətlərin yaranması istisna deyil.

Bacarıq və biliklərinizi nümayiş etdirin.
Axşam saatlarında uzaqdakı dostu və ya qohumu yada salmaq, onunla əlaqə saxlamaq, hal-əhval tutmaq olar.

Şir - hisslərinizə və emosiyalarınıza hakim olun. Davranışınızdakı bəzi modellər və adətlərdən qurtulmağın vaxtı çatıb.

Azad və müstəqil olun. Üzərinizə götürdüyünüz öhdəliklərə riayət edin, vədləri yerinə yetirin, sözünüzün üstündə durun.

Şəxsi münasibətlər müstəvisində təmasları və ünsiyyət formalarını dəyişərək yeni əlaqəyə can atmayın.
Maraqlandığınız məqsədə və ya plana doğru irəliləməzdən əvvəl nə istədiyinizi dəqiqləşdirin.
Kor-koranə, tələsik addımlar ataraq böyük səhvlərin bünövrəsini qoymayın.

Günün ikinci yarısında görülən işin ilkin nəticələrini təhlil edin.
Axşam saatları istirahət üçündür.

Qız - nisbətən sakit gündür. Aktiv fəaliyyətin sürətini bir qədər aşağı salaraq pozitiv dəyişikliklərə hazırlaşmaq olar. Genişmiqyaslı, ciddi işə başlamayın.

Dəvət olunduğunuz tədbirə qatılın. Amma unutmayın ki, orada təsadüfi qonaq ola bilərsiniz.
Qüssələnməyin, tənhalığa qapılmayın.

Həyat nikbinləri sevir və Allaha həmd edərək dik durun.
Sizə yaşam enerjisi verə biləcək insanlarla təmaslar qurun, belə şəxslərlə ünsiyyətdə olun.

Uğurlarınız və hələ aşkarlanmamış yaradıcılıq potensialınızın çağırışları ilə bağlı etibar etdiyiniz insanla fikir mübadiləsi edə bilərsiniz.

Tərəzi - işləri qaydaya salmaq imkanları yaranıb. Şansı dəyərləndirin, yaşananları laqeydcəsinə müşahidə etməyin.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın, planınız reallaşana qədər səy göstərin. Kənar təsirə və zərərli məsləhətə uyaraq işi yarımçıq saxlayıb başqasının qayğısı ilə maraqlanmayın.

Mənafelərinizin təminatında təşəxxüs və emosionallığa varmayın.
Günün ikinci yarısında tempi aşağı salmayın. Görüləcək çox iş var. Qətiyyətli olun, əzmkarlıq nümayiş etdirin.

Axşam saatlarında stressdən qurtulmaq üçün vaxtınızı ailə üzvləri ilə keçirin.

Əqrəb - dayanıqlı və stabil saydığınız münasibətlərin möhkəmləndirilməyə ehtiyacı var. Səy və vaxtınıza heyfiniz gəlməsin. İşlə bağlı məsrəflər arta bilər.

Təcili müdaxilə ediləsi problem var ki, onu da günü günə sataraq yarımçıq qoymayın, çözün. Qollarınızı çırmalayıb işə başlayın.
Çünki o işi siz görməlisiniz. Təbii, həmişəki kimi çalışmaq rahatdır, amma rejimin dəyişmə vaxtı çatıb. Münasibətlərdə lider mövqeləri itirə bilərsiniz.

Sevdiyiniz insanın emosiya və hisslərinə toxunmayın. Ambisiyalar və eqoistik izharları ola bilər. Təmkinli, soyuqqanlı davranın. Münasibətlərdə çətinləşən, mürəkkəbləşən amillər var. Onları mütləq nəzərə alın.

Günün ikinci yarısında iş tempini bir qədər aşağı salmaq olar.
Axşam saatlarında dincəlin, kompüterdən uzaq durun, smartfonu bir kənara qoyun.

Oxatan - hadisələrin sürətli axarında "itməyin", olayları qismən də olsa, nəzarətdə saxlamağa çalışın. Sizin üçün önəmli insanın diqqətini cəlb edin, işinizi başa çatdırmağa çalışın.

Yarımçıq işləri mütləq şəkildə bitirin, əks təqdirdə həmin ünsürlər prosesə çevrilərək problem yarada bilər.
Günün ikinci yarısında yorğunluq, bihallıq hissləri yarana bilər. Daim bir yerdə qalmayın, hərəkətə, irəliləyişə, inkişafa can atın.

Axşam saatlarında ənənəyə dönmüş hadisələr məcrasından çıxın.

Oğlaq - emosiyalar və hisslərin əsiri olmayın. Səhər saatlarında işlərə aktiv başalyaraq, qəfil duyğulara aludə olmayın. Emosiyalar məntiqi üstələyərsə, sonradan təəssüf yarada biləcək hadisələr yaşana bilər.

Fəaliyyətinizi soyuqqanlı və düşünülmüş şəkildə həyata keçirin.
Yaxın ətrafınızdakı insanlardan biri qəflətən inadkarlıq və heç bir səbəbi olmayan aqressivlik nümayiş etdirəcək. Sərtliyə sərtliklə cavab verməyin.

"Geri çəkilən", güzəştə gedən tərəf siz olun. Sonradan qalib olduğunuzu anlayacaqsınız.

Dolça - səmimiyyət və qətiyyət tələb olunan gündür. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə həssas olun. Planları reallaşdırmaq üçün yaxşı gündür.

Fəaliyyətin dəqiq olanı yoxdursa, ekspromt edin.
İrəliləyin, dayanmayın. Belədə səhv və ya nöqsanlarınız nəzərəçarpacaq dərəcədə olmayacaq.
Günün ikinci yarısında yeni dövr başlanacaq.

Yeniliklərdən çəkinməyin, amma hadisələri də tələsdirməyin.

Balıqlar - həyatın axarı tədricən normaya düşür. Dəyişikliklərin aşkar nişanələri olmasa da, bunu sizə hissiyatınız deyəcək. Səfər, alış-veriş, gəlir mənbələri ilə bağlı yeni planlar qurmaq olar.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə yenilənmələr olacaq.
Şəxsi münasibətlərdə yeni maraq yaranacaq.

Günün ikinci yarısında ideal sayılmayacaq məkana və ya şəraitə düşə bilərsiniz. Duruma qarşı üsyan etməyin, təmkinli olun. Hadisələrin axarına spontan təsirlər etməyin.

Axşam saatlarında səbatlı davranın.


Etiketlər:  Günün qoroskopu Yeniliklərdən çəkinməyin amma hadisələri tələsdirməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ