Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QHT-lər Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər

QHT-lər Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər

Tarix: 29 Aprel 2023 16:40

29 aprel 2023-cü il tarixdə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı mətbuat konfransı keçirərərək beynəlxalq ictimaiyyətə müraciət ünvanladılar.

Mətbuat konfransını açıq elan edən Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev 28 aprel 2023-cü il tarixdə Tərtər rayonunda mina partlayışı nəticəsində həlak olan 3 nəfər mülki vətəndaşımıza Allahdan rəhmət dilədi, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi. Azay Quliyev Ermənistanın mina terorunun qurbanlarının durmadan artdığını, 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 301 nəfər mina qurbanı, onlardan 57 nəfərin həlak olduğunu bildirdi: "Tərtərdə baş verən mina partlayışının əsas səbəbi Azərbaycana yararlı və düzgün mina xəritəsi təqdim etməyən Ermənistanın beynəlxalq konvensiyalara, o cümlədən Üçtərəfli bəyanatın 6-cı bəndinə əməl etməməsi və öhdəliklərini kobud şəkildə pozmasıdır. 2022-ci ilin avqustundan etibarən Ermənistan 2021-ci ildə, yəni müharibə başa çatandan sonra istehsal etdiyi 2700-dən çox piyada əleyhinə minanı Laçın yolundan sui-istifadə etməklə Qarabağa gətirib və onları ərazilərimizdə basdırıb. Məqsəd post-münaqişə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır".

Azay Quliyev qeyd etdi ki, beynəlxalq ictimaiyyət və aparıcı dövlətlər isə hələ də Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə və xüsusilə, Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinə göz yummaqda israr edir. Vətəndaş Cəmiyyəti nümayəndələri beynəlxalq ictimaiyyətə müraciət etməli olduğunu bildirdi.

QHT sədrlərindən çıxış edən Azər Allahverənov, Nurəddin Mehdiyev, Günel Səfərova, Hafiz Səfixanov, Novella Cəfərova, Səltənət Qocamanlı, Vüsalə Hüseynli, Hafiz Həsənov, Rey Kərimoğlu, İlqar Hüseynli, Telman Qasımov, Elşad Məmmədli, Şəmsəddin Əliyev, Cəsarət Hüseynzadə, Əkrəm Bəydəmirli, Səadət Bənanyarlı, Rafiq İsmayılov və Ramil İskəndərli beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə laqeyd qalmasını pislədilər və bu cür ikili yanaşmadan ciddi narahat olduqlarını bildirdilər. Çıxışçılar qeyd etdilər ki, biz təkcə müraciət etməklə kifayətlənməməli, eyni zamanda Ermənistanın cəzalandırılması üçün real hüquqi mexanizmlərdən istifadə etməli, Ermənistanın mina terrorunu dayandırmaq üçün yerli və beynəlxalq səviyyədə ən müxtəlif məlumatlandırma kampaniyaları və tədbirlər təşkil etməliyik.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd olunan təkliflər əsasında beynəlxalq ictimaiyyətə üvnanlanan bəyanatı səsləndirdi və bəyanat QHT-lər tərəfindən imzalandı (əlavə olunur).

Tədbir iştirakçıları bundan sonrakı fəaliyyətin daha sistemli, ardıcıl və effektiv şəkildə qurulması məqsədilə aşağıdakı tərkibdə 15 nəfərdən ibarət İşçi Qrupunun yaradılması haqqında qərar qəbul etdilər.

Koordinator: "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyi - Azər Allahverənov

İşçi Qrup üzvü: Hüquq və inkişaf ictimai birliyi - Hafiz Həsənov

İşçi Qrup üzvü: Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi - Ramil İskəndərli

İşçi Qrup üzvü: Demokratik İslahatçı Gənclər İctimai Birliyi - Vüsalə Hüseynli

İşçi Qrup üzvü: "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi - Əhməd Abbasbəyli

İşçi Qrup üzvü: D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti - Novella Cəfərova

İşçi Qrup üzvü: Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi - İlqar Hüseynli

İşçi Qrup üzvü: Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi - Hafiz Səfixanov

İşçi Qrup üzvü: Beynəlxalq Avrasiya Mətbuat Fondu - Umud Rəhimoğlu

İşçi Qrup üzvü: İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi - Səidə Qocamanlı

İşçi Qrup üzvü: "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi - Zaur İbrahimli -

İşçi Qrup üzvü: "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi - Səadət Bənəyarlı

İşçi Qrup üzvü: "Elmi Araşdırmalar" ictimai birliyi - Telman Qasımov

İşçi Qrup üzvü: Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası- Rey Qasımov

İşçi Qrup üzvü: "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi - Cəsarət Hüseynzadə


Etiketlər:  lər Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ