Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Krivotsyukun komandası evdə darmadağınla uduzdu

Krivotsyukun komandası evdə darmadağınla uduzdu

Tarix: 30 Aprel 2023 23:40

Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Jeju Yunayted"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Daejeon" hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Krivotsyukun komandası evdə darmadağınla uduzdu


RƏYLƏR