Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edildi - VİDEO

Şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edildi - VİDEO

Tarix: 2 May 2023 10:24

Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib. 

Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.

Milli.Az


Etiketlər:  Şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edildi VİDEO


RƏYLƏR