Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bölgələrə sel hücümu davam edir, güclü yağıntılar gözlənilir - VİDEO

Bölgələrə sel hücümu davam edir, güclü yağıntılar gözlənilir - VİDEO

Tarix: 2 May 2023 10:54

Xəbər verdiyimiz kimi, güclü yağış və dolu rayonlarda bir sıra fəsadlar yaradıb. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ən çox ziyan dəymiş rayonlardan biri Goranboydur. Rayonun Dəliməmməd şəhəri, Ağcakənd və Qazanbulaq qəsəbələri, eləcə də Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Muzdurlar kəndlərində ümumilikdə 5 minik avtomobili, 35 hektar taxıl sahəsi, 5 hektar nar bağına, fərdi evlərə ziyan dəyib. 4 baş iribuynuzlu mal-qara və 200 baş ev quşu tələf olub.

Şəki rayonuna düşən dolu daha çox Kiçik və Böyük Dəhnə, Daşüz, Şorsu kəndlərinə ziyan vurub.

"Təsərrüfatlar xeyli ziyan görüb."

Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub. Güclü yağışla əlaqədar yaranan sel rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində fərdi təsərrüfatları, taxıl, arpa, yonca sahələrini yararsız hala salıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bölgələrə sel hücümu davam edir güclü yağıntılar gözlənilir VİDEO


RƏYLƏR