Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: “Ermənilər Rusiyadan üz döndərərək Qərblə münasibətləri dərinləşdirirlər”

KİV: “Ermənilər Rusiyadan üz döndərərək Qərblə münasibətləri dərinləşdirirlər”

Tarix: 3 May 2023 13:44

Erməni cəmiyyəti getdikcə daha çox Rusiyadan üz döndərərək Avropa İttifaqı (Aİ), ABŞ və İrana üstünlük verir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə erməni jurnalist Robert Ananyan tviter səhifəsində yazıb.

O qeyd edib ki, uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri erməniləri aldadaraq, Rusiyanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia etməklə yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçiriblər: "Lakin İkinci Qarabağ müharibəsi göstərib ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qərbə arxalanmağa üstünlük verirlər".

"Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusunda iştirak edən ermənilərin yalnız 10%-i Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini "çox yaxşı", 40%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib. Bu, əvvəllər Ermənistanda danılmaz "xilaskar" obrazına malik olan Rusiya Federasiyası üçün fəlakətli dərəcədə aşağı rəqəmdir. Ermənilərin 15%-i Rusiya ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətini "çox pis", 34% isə "bir qədər pis" kimi qiymətləndirib. Başqa sözlə, ermənilərin təxminən 50%-i Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini mənfi qiymətləndirir", - R.Ananyan vurğulayıb.

Onun sözlərinə görə, eyni sorğuda iştirak edən ermənilərin 63%-i Ermənistanla Fransa arasında münasibətlərin hazırkı vəziyyətini "çox yaxşı", 33%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib: "ABŞ İrandan sonra üçüncü yerdədir. Ermənilərin 21%-i Ermənistan-ABŞ münasibətlərini "çox yaxşı", 67%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib.

Avropa İttifaqı Ermənistanda dördüncü müsbət göstəriciyə malikdir: ermənilərin 18%-i Ermənistan-Aİ münasibətlərinin vəziyyətini "çox yaxşı", 68%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib".

Milli.Az


Etiketlər:  KİV Ermənilər Rusiyadan döndərərək Qərblə münasibətləri dərinləşdirirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ