Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xahiş edirəm, Bakıda da alt paltarında oxusun"

Tarix: 3 May 2023 14:20

Amerikanın dünyaca məşhur "Imagine Dragons" rok qrupu Bakıya gələcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Mercury World Tour" adlı dünya turnesinı hazırlaşan ifaçıların konserti sentyabrın 2-də gerçəkləşəcək.

Aparıcı Hüsniyyə Məhərrəmova qrupun səfəri ilə bağlı paylaşım edib. O, instaqramda yayımladığı fotoda "Kosmos məni eşitdi, "Imagine Dragons" qrupu Bakıda... Amma xahiş edirəm, Ben Reynolds Bakıda da alt paltarında oxusun" sözlərini qeyd edib. 

Qeyd edək ki, qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. 

Milli.Az


Etiketlər:  Xahiş edirəm Bakıda da alt paltarında oxusun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ