Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 17:25
"Oqtay əgər bir insanı sevirdisə, sona kimi yanında olurdu. Hara gedirdisə, ora əli dolu gedirdi. Özü ilə yeyib-içmək aparırdı. Hamıya bir ata, qardaş qayğısı göstərirdi".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində deyib.
Həyat yoldaşı, Əməkdar mədəniyyət işçısı, "Soy - production"un rəhbəri mərhum Oqtay Əliyevdən söz açan sənətçi bildirib ki, ailəsi bu itki ilə hələ də barışa bilmir:
"Qardaşım, ailəm özünə yer tapa bilmir. Hətta anam belə bir söz dedi ki, kaş mən ölərdim, Oqtaya bir şey olmazdı. Həmin sözü mən də deyirəm. Kaş mən ölərdim, təki Oqtaya heç nə olmazdı. Oqtay yaşamağa layiq idi. Oqtay bu həyata, insanlara, ailəyə, dosta, ataya, anaya, qardaşa sözün əsl mənasında faydalı insan idi. O qədərlər, o qədər var ki,... Bilmirəm hansını deyim".
Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib.
Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki aldığı ciddi bədən xəsarətlərindən bir müddət xəstəxanada müalicə alıb.