Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” işçilərini qovmaqla hədələdi

“Samsung” işçilərini qovmaqla hədələdi

Tarix: 3 May 2023 18:12

"Samsung Electronics" işçilərinə ChatGPT kimi çat-botlardan iş cihazlarında istifadə etməyi qadağan edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə xidməti məktublardan məlum olub.

Qərara səbəb bir müddət öncə şirkətin daxili mənbə kodunun sızdırılması olub.

"Yeni qaydalara əsasən, şirkətə məxsus kompüterlərdə, planşetlərdə və telefonlarda, həmçinin daxili şəbəkələrdə generativ süni intellekt sistemlərinin istifadəsi qadağan edilir", - deyə məktubda bildirilib.

Şəxsi cihazlarda süni intellektdən istifadə edən işçilərə isə sistemlərdə şirkətlə bağlı məlumatları yerləşdirməmək istənilib.

Xatırladaq ki, bir müddət öncə ChatGPT kimi çat-botların gizli təhlükəsi açıqlanıb.

Martın sonunda sahibkar İlon Mask da daxil olmaqla, süni intellekt sahəsində mindən çox mütəxəssis neyron şəbəkəsi üzrə təlimlərin dayandırılmasına çağırıb. "Twitter"in sahibi, həmçinin ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib.


Etiketlər:  Samsung işçilərini qovmaqla hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ