Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kral Çarlzın tacqoyma mərasimi keçirilib - FOTO

Kral Çarlzın tacqoyma mərasimi keçirilib - FOTO

Tarix: 6 May 2023 20:04

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Britaniya tarixində 70 il sonra ilk dəfə keçirilən tacqoyma mərasimidir.

"Westminster Abbey"də keçirilən mərasimdə təxminən 2000-dən çox qonaq iştirak edib. Mərasimdən sonra Kral və Kraliça qızılı "Kral Arabası ilə Bakinqam Sarayına geri dönüb.

Daha sonra onlar kral ailəsinin digər üzvləri ilə Bakinqam Sarayının eyvanında xalqı salamlayıblar, hərbi uçuşu müşahidə ediblər.

Qeyd edək ki, mərhum Kraliça Elizavetanın tacqoyma mərasimi 1953-cü ilin iyun ayında keçirilmişdi.

Milli.Az


Etiketlər:  Kral Çarlzın tacqoyma mərasimi keçirilib FOTO


RƏYLƏR