Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 22 Oktyabr 2019 13:28
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 8-ci turunda baş verənlər müzakirə olunub.
“Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Keşlə” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Səbail” – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Zirə” oyununda ikincilərin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.