Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntim etirafları üzə çıxmasın deyə əl-ayağa düşdülər

İntim etirafları üzə çıxmasın deyə əl-ayağa düşdülər

Tarix: 9 May 2023 17:25

Britni Spirs uşaqlıq illərini, ən müdafiəsiz günlərini, Castin Timberleykdan ayrılığını, babasının hamiliyindən qurtarmaq üçün verdiyi mübarizəni ən xırda detalına qədər təsvir edən avtobiqorafik kitab yazacağını bəyan edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir zamanlar narkotik asılılığından əziyyət çəkən, buna görə karyerasında fasilə verməli olan müğənni bir çox məşhur adamlarla cinsi münasibətləri barədə yazacağını da deyib. Məhz bu açıqlama gündəmə bomba kimi düşüb və müəyyən qüvvələr Britninin kitabının dərc olunmaması üçün hərəkətə keçiblər.

Britni Spirsin vəkili bəyan edib ki, onu tanıyan və adının kitaba düşməsini istəməyən nüfuzlu şəxslər müğənnini təhdid edir, kitabın dərc olunmaması üçün təzyiq göstərirlər.

Elə bu məlumatın özü Britni Spirsin hələ yazılmamış kitabına böyük maraq oyadıb. Bəzi mənbələr məlumatın reklam məqsədilə yayıldığını yazırlar.

Milli.Az


Etiketlər:  İntim etirafları üzə çıxmasın deyə ayağa düşdülər


RƏYLƏR