Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Demişdilər ki, yarım saat ömrün qalıb"

Tarix: 9 May 2023 21:25

İki il əvvəl beyninə qan sızan müğənni-bəstəkar Pərviz Mahmudov səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi sağlamlığındakı problemə görə bir müddət hərəkətsiz qaldığını bildirib:

"Studiyaya mahnı yazmağa gedirdim. Qapıdan çıxanda özümü pis hiss etdim. Heç bilmədik nədən oldu. Məndə təzyiq də yox idi. Həkimlər səbəbini tapa bilmədi. Demək olar ki, bir il tərpənmədim. Beyinciyimə qan sızmışdı. Valideynlərimə demişdilər ki, yarım saat ömrün qalıb. Allah qorudu, yaxşı qurtardım".

Milli.Az


Etiketlər:  Demişdilər ki yarım saat ömrün qalıb


RƏYLƏR