Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2023 07:48
ABŞ məhkəməsi yazıçı və jurnalist Cin Kerolla (Jean Carroll) təcavüz cəhdi ilə bağlı Trampı təqsirli bilib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu barədə CNN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, indi Tramp Kerolla 2 milyon dollar təzminat ödəməlidir. Amma qarşı tərəfin böhtan atdığı məhkəmədə sübut olunardısa, o bu zaman Trampa 3 milyon dollar ödəməli olacaqdı.
Münsiflər heyəti müəyyən edib ki, 1996-cı ilin yazında Tramp univermağın soyunub-geyinmə otağında Kerolla təcavüz edib. ABŞ-ın keçmiş prezidenti bunu təkzib edib və sonda ifadə verməmək qərarına gəlib. O qeyd edib ki, Kerroll onun zövqüncə deyil və o kitabının satışını artırmaq üçün bu yola əl atıb.