Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2023 21:34
Tennisçi Karlos Alkaras və PSJ-nin üzvü Lionel Messi arasında "Laureus World Sports Awards"da baş tuan görüş diqqət mərkəzinə düşüb.
Sonxeber.net xəbər verir ki, həmin anlar indidən bu il üçün idman dünyasının ən gözəl görüşü hesab edilir.
Dünyanın 2 nömrəli raketka ustası Alkaras qırmızı xalça üzərində müsahibə verərkən Messinin ona tərəf yaxınlaşdığın görüb. Həmin an gülümsəyən ispaniyalı deyib:
"Bu dəlilikdir. Mən onunla əvvəllər heç vaxt görüşməmişəm. Onu burada, bir neçə metr aralıda görmək dəlilikdir. Düzünü desəm, bu mənim üçün dəlilikdir".
Bu sözlərdən sonra müxbir tennisçini Leo ilə əl sıxmağa dəvət edib. "Mən yuxu görürəm. Mən bunu etməyi xəyal edirəm", - deyə Karlos bildirib.
Tennisçi sonra Messi və həyat yoldaşı Antonella Rokuzzoya yaxınlaşaraq onlarla görüşüb. Bu görüntü tədbirdə iştirak edən hər kəsin marağına səbəb olub. Alkarasın həyəcanı isə aşkar şəkildə hiss olunub.
Həmin axşam Lionel "İlin İdmançısı" mükafatına layiq görülüb. O, bu nominasiyada komanda yoldaşı Kilian Mbappe və "Formula 1" pilotu Maks Ferstappeni qabaqlayıb. Argentina millisi ilə dünya çempionatında qazandığı qələbəyə görə ona "ən yaxşı komandanın üzvü" mükafatı da təqdim olunub. (publika)