Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Abrams" tankları Ukraynaya payızın əvvəlində gələcək

Tarix: 12 May 2023 09:00

Amerikanın "Abrams" tanklarının bu il payızın əvvəlində Ukraynaya gəlməsi gözlənilir.

Milli.Az "report"a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

"Biz bu tankların çatdırılmasını sürətləndirmək üçün əlimizdən gələni edirik, payızın əvvəli - proqnoz belədir", - o deyib.

Ostin həmçinin qeyd edib ki, ABŞ indi tankları dəstəkləmək və saxlamaq üçün infrastruktur yerləşdirir.

Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Abrams" tanklarının Ukrayna Silahlı Qüvvələrinin bu əks-hücumunda iştirak etməyəcəyini bildirmişdi. Bununla belə, ukraynalı ekipajlar artıq təlimə gediblər.

Milli.Az


Etiketlər:  Abrams tankları Ukraynaya payızın əvvəlində gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ