Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2023 13:35
Müğənni Nadir Qafarzadə artıq üçüncü dəfədir ki, Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanovlarla bağlı paylaşım edib, daha sonra silib.
O, bu dəfə də əkizləri müdafiə edən post paylaşıb. Onları geyimlərinə görə qınayanlara irad bildirib.
Qafarzadə Hadise və Edis kimi türk müğənniləri misal gətirərək onların ölkəmizdəki konsertlərində dekolteli geyimlərdə çıxış etdiklərini, azərbaycanlıların heç bir tənqidi şərh yazmadığını bildirib.
İfaçı bu misalları gətirərək qardaşların firuzəyi xalıdakı "look"larının linç edilməsini düzgün hesab etməyib. Lakin qısa müddət sonra o, bu haqda danışdığı videonu da səhifəsindən silib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi söyləyib ki, fikirlərinə görə istifadəçilərin üstünə gələcəklərini bildiyi üçün postunu silib:
"Bilirəm ki, üstümə gələcəklər. Axı bizdə düz sözü anlayan çox azdır. Anlamayacaqlar, anlamaq istəməyəcəklər. Başa düşsələr də, həqiqəti qəbul etməyəcəklər. Düzdür, çoxu mənə dəstək oldu. Mən də bu cəmiyyətdən qorxuram. Ağzıgöyçəklər təhqir etməyə başlayacaqlar. Axı görünən dağa bələdçi lazım deyil. Ona görə də paylaşımı sildim. Lakin o uşaqlara dəstək olmaq istədim.
Öz ölkəmin vətəndaşlarıdır, özgə deyillər. Bir-birimizə dəstək olmalıyıq. Bizdə isə bu özümüzə dəstək olmaq yoxdur. Cənab Prezidentimiz də deyib ki, biz bir yerdə güclüyük. Nədənsə bu sözdən yan keçirik, zamanı, yeri gələndə birlik ola bilmirik. Ona görə də istərdim ki, özümüzə dəyər verək. Gənclərimizə, istedadlı insanlara toxunmayaq, onları "baltalamayaq"".