Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 16:18
Bakıda Mərdəkan qəsəbəsində bir neçə ay əvvəl 25 ailə onlara çəkilən içməli suya görə seviniblər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, amma bu sevincləri elə də çox çəkməyib.
Belə ki, suyu çəkən podratçı şirkət yolu qazıb boruları basdırdıqdan sonra, qazılan hissəyə asfalt örtüyü vurmayıb.
"İndi, qəsəbə sakinləri qazılan yolun düzəldiməsini istəyir."
Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti üzrə ''Azərsu'' ASC-in qaynar xəttinə məlumat veriblər.
Hətta rayon su kanal idarəsinə də yazlı şəkildə məlumat versələr də, su boruları çəkildikdən sonra qazılan 250-300 metirlik hissəyə asfalt örtüyü vurulmayıb.
''Azərsu'' ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirdi ki, orda suyun çəkilişi aprel ayında başa çatıb. Podratçı şirkət tərəfindən ''Avtomobil Yolları Dövlət Agentliyi''nə vəsait də ödənib ki, yol təmir edilsin.
''Mərhələli şəkildə asfalt vurulur və yaxın günlərdə həmin sözügedən küçədə də asfaltlanma işləri görüləcək''-deyə qurum rəsmisi bildirdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: