Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlal Abbasov və pianoçu Nizami Əliyevin "Bir axşam Bakıda" adlı konserti anşlaqla keçib - VİDEO - FOTO

Cəlal Abbasov və pianoçu Nizami Əliyevin

Tarix: 15 May 2023 17:15

Beynəlxalq Muğam Mərkəzində məşhur müğənni Cəlal Abbasov və pianoçu Nizami Əliyevin "Bir axşam Bakıda" adlı konserti anşlaqla keçib.

Konsertin repertuarına daxil olan xalq, bəstəkar, klassik və estrada kompozisiyalarını tamaşaçılar böyük hərarətlə qarşılayıblar.

Cəlal Abbasov və Nizami Əliyevin birlikdə çalışdığı musiqi heyətinə Bakının ən yaxşı musiqiçiləri daxildir.

Uzun illərdir ki, konsertlərdə müsiqiçilərin solo ifaları səbirsizliklə gözlənilir və bu ənənə dəyişmir. Sevilən pianoçu Nizami Əliyevin konsert boyu improvizələri, caz elementləri sevgi ilə alqışlanır. Konsert proqramında Cəlal Abbasovun vətənpərvərlik ruhlu mahnılar böyük coşqu ilə alqışlanıb.

Milli.Az


Etiketlər:  Cəlal Abbasov pianoçu Nizami Əliyevin Bir axşam Bakıda adlı konserti anşlaqla keçib VİDEO FOTO


RƏYLƏR