Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anarın “Diva” paylaşımı müzakirə yaratdı - VİDEO

Anarın “Diva” paylaşımı müzakirə yaratdı - VİDEO

Tarix: 15 May 2023 18:40

Bu yaxınlarda Xalq artisti Aygün Kazımova ilə gərginlik yaşayan stilist Anar Ağakişiyev növbəti dəfə paylaşımı ilə gündəm yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, stilist dünyaca məşhur müğənni Beyonsun konsertinə gedərək oradan görüntülər təqdim edib.

Anar sənətçinin videosuna "Əsl diva! Sözün əsl mənasında qadın" - yazıb. Bundan sonra izləyicilər onun bu paylaşımına "Aygünlə Beyonsu müqayisə etmə", "Niyə atmaca atırsınız?", "Onlarda odursa, bizdə Aygündür" və s. kimi şərhlər yazıb.

A. Ağakişiyev isə yazılanların qarşısında İnstaqram hekayəsində video paylaşıb və bu sözləri deyib:

"Başa düşə bilmirəm, yazdığım söz, şərh niyə bu qədər şişirdilir və başqa tərəfə yönəldilir? Kimsə şərhdə həmin insanı etiketlədi ki, gündəmə gətirsin. Əslində, müqayisəniz gülüncdür. Miqyaslar var, miqyaslar! Etiketlədiyiniz ad hara, bu (Beyons - red.) hara?! İlk növbədə xarici görünüşlə müqayisə olunmaz. Arada yerlə göy qədər fərq var. İkinci növbədə repertuar, üçüncü isə miqyas fərqi var.

Tutaq ki, etiketlədiyiniz adam 30 min nəfər zala topladı. Bu gün konsertdə 350 min adam var idi. Yerdən girdi, göyə qalxdı, göydən düşdü və s. Ekran bəlkə də rayon boyda idi. Özünüzü güldürməyin. Mövzunu başqa tərəfə yönəltməyin. Mən yazdım, o, şəxsi fikrimdir. Belə yazdım. Kiməsə xoş gəlir, kiməsə yox. Orada diva mahnı oxuyurdu. Mən də ona görə yazdım. Kənardan bilirsiniz necə gülməli görünürsünüz? O birini də (Aygün Kazımova - red.) eyforiyaya soxursunuz. Deməyin ki, sən ondan yüksəksən. Yazıqdır. Bax, belə də bir-birimizi, dostumuzdur deyə, süni şəkildə tərifləyə-tərifləyə arxaya aparırıq. Nə isə...".

Qeyd edək ki, Anar Ağakişiyev bir müddət öncə Aygün Kazımovanın geyimi barədə danışmış, bu da qalmaqalla nəticələnmişdi. Anar daha sonra illər əvvəl Xalq artisti tərəfindən təhqir olunduğunu iddia etmişdi.

Milli.Az


Etiketlər:  Anarın Diva paylaşımı müzakirə yaratdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ