Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bütün teatrlarda doğma, əziz bir parçamı qoyub gedirəm...”

“Bütün teatrlarda doğma, əziz bir parçamı qoyub gedirəm...”

Tarix: 15 May 2023 20:24

"Harada çalışmağımızdan asılı olmayaraq Azərbaycan teatrına, teatr mədəniyyətinə xidmət edirik. Dünən bu teatr idi, ertəsi gün başqa teatr, sabah bir başqa teatr ola bilər. Bu böyük anlamda Azərbaycan teatrıdır. Akademik Milli Dram Teatrına bədii rəhbər təyinatıma çox sevindim. Əlbəttə ki, gözləyirdim. Yaradıcılığımın, həyatımın 25 ilini, hətta deyərdim ki, 25 ildən artığını həmin teatrda qoymuşam. Çünki mənim ilk diplom tamaşam 1988-ci ildə həmin teatrda olub. Sonra təyinatla gedib digər teatrlarda çalışıb, yenidən həmin teatra gəlmişəm. 2015-ci ilə qədər Akademik Milli Dram Teatrının quruluşcu rejissoru olmuşam. Daha sonra başqa teatra baş rejissor təyin olunmuşam. Sonuncu dəfə də Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olundum. Əlbəttə ki, bütün bunlar bütövlükdə Azərbaycan teatrına xidmətdir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilən, Əməkdar incəsənət xadimi, rejssor Mehriban Ələkbərzadə deyib.

"Hər bir teatrda da çalışmışam ki, həmin teatrı buna böhranmı deyək, krizismi deyək, və yaxud da dayandığı durumdan daha önə çəkmək işini görməyə cəhd etmişəm. Müəyyən mənada buna nail olmuşam. Akademik Milli Dram Teatrı öz doğma teatrımdır, amma bu teatrda nələr edəcəyimin cavabını hələ ki, verə bilmirəm. Çünki teatrın iş planı ilə tanış deyiləm. Düzdür, rəsmi şəkildə artıq qərar verilib, mənim teatra bədii rəhbər təyinatım var. Teatrın iş planı ilə tanış olub, əlbəttə ki, müəyyən qərarları alandan sonra, artıq müəyyən struktura baxış, repertuarla tanışlıq, gələcək strajeti planın qurulması və o strateji plan üçün strategiya göstərmək və nələri necə etmək sonrakı məsələdir. Təyinat, xidmət növümüz bəllidir" deyə rejissor bildirib.

Mehriban Ələkbərzadə bildirib ki, digər teatrlarla iş birliyini davam etdirəcək.

"Əlbəttə ki, mən teatrların hər birindən çox xoş və çox gözəl münasibətlə ayrılmışam. İstər Yuğ Dövlət Teatrından, istərsə də Gənc Tamaşaçılar Teatrından. Hər birində də doğma, əziz bir parçamı qoyub gedirəm. Çünki hər birində tamaşalarım var. Hansı teatrda işləməyimdən asılı olmayaraq, həmin tamaşalar günü mən çalışıram ki, ciddi bir işim olmasa həmin tamaşa vaxtı teatrda aktyor heyətinin yanında olum. Bunu özümə vacib bir iş bilirəm. Əlbəttə ki, bu "Kod adı VXA"  tamaşası üçün də keçərlidir. May ayının 20-də bu mövsüm üçün son dəfə "Kod adı VXA" tamaşası nümayiş olunacaq. Təki sağlıq olsun. Prinsip etibarı ilə hamımız bir yerdə bütün teatrlarda olan, bütün rejissorların, aktyorların hamımızın məqsədi birdir və hamımız da o məqsədə xidmət edirik. Azərbaycan mədəniyyətinə, teatr sənətinə nə qədər gücümüz çatacaqsa, töhfəmizi də o qədər verəcəyik" deyə xanım rejissor bildirib.


Etiketlər:  Bütün teatrlarda doğma əziz parçamı qoyub gedirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ