Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sel suları bəzi ərazilərdə çətinliklər yaradıb - VİDEO

Sel suları bəzi ərazilərdə çətinliklər yaradıb - VİDEO

Tarix: 16 May 2023 20:00

Şiddətli yağışlardan sonra çayda sululuğun artması sakinlərin işini çətinləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələdə təxminən 1200-dən çox sakinin yaşadığı Dandıx və Solqıca kəndinə gedən yolda hərəkət etməkdə çətinlik yaranıb.

Bu yol Qaraçay çayından keçir. Çayın üzərində körpü olmadığından və suyun səviyyəsi artdığından sakinlər yalnız yük maşınları ilə hərəkət edə bilirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər körpü tikilməsini istəyirlər. Deyirlər ki, hər dəfə yağış yağanda vəziyyət belə olur. Aidiyyəti qurum məsələyə münasibət bildirib...

İntensiv yağışlardan sonra Astarada isə Pensərçay daşaraq əkin sahələrinə dolub, meyvə ağacları kökündən qopub. Ondan artıq ev üçün təhlükəli vəziyyət yaranıb.

Sel suları Şiyəkəran kəndində Pensərçay üzərindəki körpünü də qəzalı vəziyyətə salıb. Yaranmış problemlə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb.

Səncərədi kəndindəki körpüdə də bənzər vəziyyət yaşanır.

Qeyri-sabit hava şəraiti Ağdamda daşqına səbəb olub. Qarqar çayının daşması nəticəsində rayonun Əfətli kəndinin əraziləri sel sularına qərq olub. Əkin sahələri ilə yanaşı bəzi fərdi evləri su basıb. Dəymiş ziyanla bağlı rayon Fövqəladə hallar komissiyası tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Sel suları bəzi ərazilərdə çətinliklər yaradıb VİDEO


RƏYLƏR