Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 21:39
Bakı. Samir Əli - Trend:
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi "Hyundai Tucson" markalı 90 BM 329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10 B 619 dövlət nömrə nişanlı motosikletlə toqquşub.
Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin