Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küçələrdə qalan aktyorla bağlı AÇIQLAMA

Küçələrdə qalan aktyorla bağlı AÇIQLAMA

Tarix: 17 May 2023 17:55

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin sosial vəziyyəti günlərdir müzakirə mövzusudur.

Milli.Az xəbər verir ki, aktyor "qafqazinfo"ya açıqlamasında bildirdi ki, vəziyyəti həqiqətən də acınacaqlıdır: "Hazırda heç yerdə yaşamıram. Məni istənilən yerdə, küçədə görə bilərsiniz. Ailəm də yanımda deyil, Qaxda qalırlar. Əməkhaqqım 830 manatdır. Bu pulla kirayə qalmaq da mümkün deyil. Çünki normal evlərin kirayəsi 350-400 manatdır. 150-250 manata olanlar isə hamısı tör-töküntüdür. 400 manat kirayəyə, 200 manat kommunal ödənişlərə verəndən sonra maaşdan 200 manat qalır. Bu pulla ailəmə necə baxım, necə dolanım?".

E. Əfəndi əlavə edib ki, ötən gün teatr rəhbərliyi ilə görüşü olub: "Dedilər ki, yaxın zamanda məsələm həll olunacaq, ailəm yanıma qayıda biləcək. Allah Kərimdir".

Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına sorğu ünvanladıq. Teatrın Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirildi ki, dram artisti Elçin Əfəndinin ev məsələsi ilə bağlı mətbuata verdiyi açıqlamadan məlumatlıdırlar: "Aktyor Elçin Əfəndi Akademik Milli Dram Teatrının aktyoru kimi ştat cədvəlinə uyğun olaraq, 1036 manat məbləğində əməkhaqqı alır. Bildirmək istərdik ki, Elçin Əfəndi, eyni zamanda 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı alır. Digər teatr xadimlərinin, o cümlədən, Elçin Əfəndinin ev probleminin həlli diqqət mərkəzindədir".

Milli.Az


Etiketlər:  Küçələrdə qalan aktyorla bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ