Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni deputat hakimiyyəti narkomafiya ilə əlaqədə ittiham etdi

Erməni deputat hakimiyyəti narkomafiya ilə əlaqədə ittiham etdi

Tarix: 18 May 2023 14:14

Ermənistan rəhbərliyində olan adamlar narkotik mafiyası ilə bağlıdır və 1 milyard dollara çatan nəhəng narkotik alveri hakimiyyətin himayəsi olmadan mümkün olmazdı.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə "Hayastan" müxalifət blokunun deputatı Andranik Tevanyan açıqlama verib.

O, politoloq Artur Xaçikyanla birlikdə xüsusi xidmət orqanlarından kokain idxalı ilə bağlı rezonans doğuran xəbərə aydınlıq gətirmək üçün Milli Təhlükəsizlik Xidmətinin binasına gəlib.

Deputatın sözlərinə görə, Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi təxminən 4 tona çatıb ki, bu da təxminən 1 milyard dollar deməkdir. Tevanyan Ermənistanda belə nəhəng məbləğlərin hakimiyyətdən yan keçə bilməyəcəyini əlavə edib.

O, əgər İtaliya mətbuatı bu barədə ilk məlumat verməsəydi, Milli Təhlükəsizlik Xidmətinin narkotik alveri haqqında danışıb-danışmayacağını sual edib.

Bu baxımdan deputat həmçinin, Şəhərsalma Komitəsinin keçmiş rəhbəri Vaaqn Vermişyanın həbsi və ondan sonrakı məhkəmə hökmünün narkotik mövzusu ilə bağlı olduğundan şübhələnir. Belə ki, komitənin sədri olanda Vermişyan bəyan edirdi ki, sement adı altında Ermənistana böyük həcmdə kokain gətirilir.

Tevanyanın sözlərinə görə, bu sözlərdən bir müddət sonra Vermişyan həbs edilib (məmur 2020-ci ilin fevralından həbsdədir - red.). Deputat istisna etmir ki, hazırda Ermənistanda irimiqyaslı tikintilər narkotik biznesi ilə sıx bağlıdır.

Tevanyan dolların niyə bu qədər ucuzlaşması sualının cavabını da bunda görür. Onun fikrincə, ucuz valyuta onu narkotik biznesinə yatırmaq üçün lazımdır.

Xatırladaq ki, mayın 18-də Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən banan partiyasında 1 ton kokainin saxlanması barədə məlumat yayıb. Nəhəng narkotik partiyası İtaliya və Gürcüstandan tranzitlə respublikaya gəlib. Saxlanılan və ələ keçirilən partiyanın ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.

Milli.Az


Etiketlər:  Erməni deputat hakimiyyəti narkomafiya ilə əlaqədə ittiham etdi


RƏYLƏR