Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 15:00
"Oğlumu o şöbədən bu şöbəyə atdılar, bezdirdilər, axırda da işdən çıxardılar".
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə oğlu işdən çıxarılan Xalq artist Şeyx Əbdül Mahmudbəyli deyib.
O, oğlunun buna görə stress keçirdiyini bildirib:
"Oğlumu işdən çıxarıb göndəriblər evə. Stress içərisindədir. Nazir Sahil Babayevlə əlaqə saxlaya bilmirəm. Niyə mənim oğlumu işdən çıxarırsan? Səbəb nədir?
Oğlumun əmək kitabçası o nazirlikdə açılıb. Nə var, nə var oğlum Səlim Müslümovun zamanında işləyib. Oğlumu elə pisikdirdilər ki, cana doydu.
Deyirdim, oğlum döz. Deyirdi, ata, ürəyim partlayır, dözə bilmirəm, nə qədər təhqir, həqarət, mənə aid olmayan işlər olar? Haqq-salama görə susurdum.
Bir dənə Şeyx Əbdulun oğlunu işdə saxlamaq olmazdı?".
Qeyd edək ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub.