Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göz altındakı qara dairələr bu səbəbdən yaranır

Göz altındakı qara dairələr bu səbəbdən yaranır

Tarix: 18 May 2023 22:27

Gözlər altındakı qara dairələr görünüşü korlamaqla yanaşı, ciddi sağlamlıq problemlərinə işarə edə bilər. Odur ki, gözlərin ətrafı həddən artıq qaradırsa, buna laqeyd qalmaq olmaz.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə osteopat Vladimir Jivotov teleqram kanalında məlumat verib.

"Göz ətrafındakı dəridə bənövşəyiliyin ən çox görülən səbəbi venoz qanın durğunluğudur. Gözlər altındakı damarlar qanı kəllə sümüyünə yönəldir. Bu damarlar, məsələn, kəllə sümüyünün zədələnməsi səbəbindən bağlanarsa, orada qan yığılması səbəbindən gözlərin altında qara dairələr meydana gələcək. Toxumaların bu vəziyyəti zamanla piqmentasiya ilə bağlı həlledilməz problemlər yaradacaq. Əgər qara dairələr uzun müddət keçməzsə, mümkün qədər tez həkimə müraciət etmək lazımdır.

Niyə gözün altındakı nahiyə ilə üzün qalan hissəsi arasında belə aydın fərq meydana gəlir? Bu, onunla bağlıdır ki, bu nahiyələrdən qan müxtəlif yollarla axır. Biri srbəst şəkildə üzün venalarından aşağıya doğru axır, digəri isə çox çətinliklə kəllə boşluğu vasitəsilə hərəkət edir. Bu simptom həm böyüklərdə, həm də uşaqlarda baş verə bilər", - Jivotov izah edib.

O, vurğulayıb ki, bu halların əksəriyyətində osteopatik müalicə tez və müsbət nəticə verir.

Həkim əlavə edib ki, gözlər altındakı dəri rənginin pozulması endokrinoloji problemləri və tibbin müxtəlif sahələrində mütəxəssislərin diqqətini tələb edə biləcək bir sıra digər ciddi xəstəliklərin də xəbərçisi ola bilər.


Etiketlər:  Göz altındakı qara dairələr səbəbdən yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ