Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqasında finalçılar bəlli oldu

Konfrans Liqasında finalçılar bəlli oldu

Tarix: 19 May 2023 11:38

Dünən Avropa Konfrans Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Fiorentina" doğma meydanda uduzduğu "Bazel"lə bu dəfə səfərdə üz-üzə gəlib. İtaliya təmsilçisi səfər matçının əsas vaxtında uduzduğu hesabla qalib gəlib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran florensiyalılar finala yüksəliblər.

"Vest Hem" də "Alkmaar"ın qonağı olub. İlk oyundan qalib ayrılan İngiltərə təmsilçisi səfərdə də qələbə qazanaraq finala yüksəlib.

Turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bazel (İsveçrə) - Fiorentina (İtaliya) 1:3
Qol: Anduni, 55 - N.Qonsales, 35; 72. Barak, 120+9.
İlk oyun - 2:1

Alkmaar (Niderland) - Vest Hem (İngiltərə) 0:1
Qol: Fornals, 90+4.
İlk oyun - 1:2.

Milli.Az


Etiketlər:  Konfrans Liqasında finalçılar bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ