Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binədə cıdır keçirildi - VİDEO - FOTO

Binədə cıdır keçirildi - VİDEO - FOTO

Tarix: 20 May 2023 18:38

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2023-cü ilin Cıdır mövsümünün növbəti yarışı keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının Mətbuat Xidmətdən verilən məlumata görə,  yarış 3 müxtəlif kateqoriya - İngilis təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atlar arasında, Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunub.

Yarışda 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 3 yaş və yuxarı Dilbaz və İngilis atları 1400 metr, 4 yaş və yuxarı Qarabağ atları 1600 metr məsafədə güclərini sınayıblar.

Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda ilk cıdırda 1000 metr məsafədə birinci yeri "Dəniz", ikinci cıdırda 1000 metr məsafədə birinci yeri "Şahbulaq", üçüncü cıdırda 1400 metr məsafədə birinci yeri "Atilla", dördüncü cıdırda 1400 məsafədə birinci yeri "Bar Bar", beşinci cıdırda isə 1600 məsafədə birinci yeri "Zilaxar" ləqəbli at qazanıb

Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Milli.Az


Etiketlər:  Binədə cıdır keçirildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ