Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 09:06
Bakı. Trend:
Lerikdə 7 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Təngəbin kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin