Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna son sutkada zərərsizləşdirilən rusiyalı hərbçilərin sayını açıqladı

Ukrayna son sutkada zərərsizləşdirilən rusiyalı hərbçilərin sayını açıqladı

Tarix: 21 May 2023 19:40

Ötən sutkada Rusiyanın 730 hərbçisi zərərsizləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Beləliklə, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün başlanğıcından ümumilikdə rusiyalı 203 160 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların indiyədək 3 783 ədəd tankı, 7 398 ədəd zirehli döyüş maşını, 3 258 ədəd artilleriya sistemi, 564 ədəd RYAS-ı (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarəsi, 294 ədəd helikopteri, 6 115 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi/kateri, 2 822 ədəd operativ-taktiki PUA və 425 ədəd xüsusi texnikası məhv edilib.

Milli.Az


Etiketlər:  Ukrayna son sutkada zərərsizləşdirilən rusiyalı hərbçilərin sayını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ