Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

40 yaşlı şahzadə evləndi - FOTO

40 yaşlı şahzadə evləndi - FOTO

Tarix: 22 May 2023 22:36

Son Bavariya monarxı III Lüdviqin 40 yaşlı nəvəsi, Şahzadə Lüdviq Hollandiya və Kanada kökləri olan Sinqapur əsilli, 32 yaşlı Sofiya-Aleksandra Evekinklə evlənib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, toy Münhendəki Müqəddəs Kayetan kilsəsində baş tutub.

Mərasim "Bild" qəzeti tərəfindən "İlin ən böyük alman kral hadisəsi" adlandırılıb. "People"nin məlumatına görə, "Reem Acra"dan olan gəlinlik Bavariyada xüsusi olaraq tikilib, Kanada və Hollandiya detalları ilə bəzədilmiş duvaq isə Ukraynanın "WONA" brendi tərəfindən hazırlanıb.

Qeyd edək ki, Şahzadə Lüdviq Bavariya Şahzadəsi Luitpoldun oğludur, onun biznes aktivlərinə köhnə pivə zavodu "Konig Ludwig Schlossbrauerei", turistlərə cəngavər şam yeməyi təklif edən 13-cü əsr Kaltenberq qalası və Fürstenfeldbruck şəhərindəki fabrik daxildir. Lüdviq Luitpold və həyat yoldaşı Katrin Beatriks Vigandın üçüncü övladı və Bavariya kral evinin gələcək rəhbəridir.

Şahzadə Lüdviqlə Sofiya keçən ilin avqustunda nişanlanıblar.


Etiketlər:  yaşlı şahzadə evləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ