Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkdakı “Türk Evi”nin qarşısında mühafizə postu yaradılacaq - FOTOLAR

Nyu-Yorkdakı “Türk Evi”nin qarşısında mühafizə postu yaradılacaq - FOTOLAR

Tarix: 23 May 2023 07:14

Nyu-York polisi "Türk Evi"nin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Nyu-York Polis Departamentinin bölgəyə ezam olunmuş əməkdaşları ərazidə operativ şəkildə fəaliyyət göstərirlər. Bu gündən etibarən binanın mühafizəsi 24 saat ərzində təmin olunacaq.

Əməkdaşımızla həmsöhbət olan Nyu-York polisinin nümayəndəsi bildirib ki, Türkiyənin Baş konsulluğunun müraciəti əsasında polis əməkdaşları qeyri-müəyyən vaxta qədər bölgəyə ezam olunublar:

"Baş verən hadisədən sonra Nyu-York Polis Departamenti ərazidə genişmiqyaslı araşdırma aparır. Konsulluğun müraciəti ilə binanın mühafizəsinin təmin olunması və bölgədə 24 saat fəaliyyət göstərən mühafizə postunun yaradılması üzrə işlər gedir. Belə bir qərarın alınması üçün ətrafda yerləşən digər dövlət əhəmiyyətli tikinti obyektləri müəyyən olunmalı, razılaşmalar əldə olunmaldır. Bu proses bir qədər vaxt aparacaq. Biz qərar verilənə qədər ərazidə fəaliyyət göstərəcəyik".

Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi "Türk Evi" adlanan inzibati bina kimliyi hələ ki müəyyən olunmayan şəxs tərəfindən hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.

Gün ərzində pəncərələr yeniləri ilə əvəz olunub. Baş verən hadisə "Türk Evi"ndə yaradılmış seçki məntəqəsinin fəaliyyətinə təsir etməyib.

Milli.Az


Etiketlər:  Nyu Yorkdakı Türk Evinin qarşısında mühafizə postu yaradılacaq FOTOLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ