Tarix: 23 Oktyabr 2019 10:40
Millimizin və Almaniyanın “Erzgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov yeni rekorda imza atıb.Qol.az xəbər verir ki, 29 yaşlı futbolçunun rekordu 2-ci Bundesliqa 10-cu turunda "Nürnberq"lə oyunda qeydə alınıb.
Nazarov “Erzgebirge”nin 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandasının ilk qolunu 62-ci dəqiqədə penaltidən vurub. Bu komandada 12-ci dəfə penaltini yerinə yetirən oyunçu bunun 11-də dəqiq olub ki, bu da sabiq “Erzgebirge”li Yorq Emmerixə məxsus penalti rekordunun yenilənməsi ilə nəticələnib. 2003-2008-ci illərdə Aue təmsilçisində çıxış edən Yorqun aktivində 10 penalti var.
Qeyd edək ki, 2016-cı ildən “Erzgebirge”də çıxış edən Dmitri Nazarov bu mövsüm 2-ci Bundesliqada 10 oyuna 5 qol vurub.