Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zilanlı kəndi bir il yarıma tikiləcək - VİDEO

Zilanlı kəndi bir il yarıma tikiləcək - VİDEO

Tarix: 24 May 2023 15:00

Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən Zilanlı kəndi bir il yarıma tikilib təhvil veriləcək. Sonra isə sakinlərin dogma yurdlarına köçürülməsi başlayacaq.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza bildirib ki, Zilanlıya ilk mərhələdə 772 nəfərin köçürülməsi nəzərdə tutulub.

80 hektarı əhatə edən layihələndirilmiş ərazidə yerli materiallardan istifadə olunur, tikintinin hər mərhələsində iqlim şəraiti də nəzərə alınır.

Ümumiyyətlə, tikinti-quruculuq işləri Qubadlının şəhər mərkəzində, Xanlıq kəndi, Kürdmahruzlu kəndlərində də başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Zilanlı kəndi yarıma tikiləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ