Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaurdan İlhamə Quliyevanın mahnısının sözlərini dəyişən Səidəyə irad - VİDEO

Zaurdan İlhamə Quliyevanın mahnısının sözlərini dəyişən Səidəyə irad - VİDEO

Tarix: 25 May 2023 04:05

Müğənni Səidə Dadaşovanın mərhum Xalq artisti İlhamə Quliyevanın repertuartında yer alan "Neylərsən" mahnısını ifa etməsi müzakirəyə səbəb olub. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda sözügedən mahnını səsləndirərkən bəstənin sözlərini dəyişdirdiyi üzə çıxıb. 

Belə ki, nəğmənin əsl variantından "Yarama məlhəm istəsəm, səndən imdad diləsəm" olduğu halda, Səidə "Yarama məlhəm diləsəm, səndən imdad istəsəm" kimi oxuyub. 

Dadaşova ifasını yekunlaşdırandan sonra verilişin aparıcısı Zaur Kamal müğənninin hit mahnının sözlərini dəyişdirdiyinə görə irad tutub. 

"Bu mahnının sözləri axı belə yazılmayıb. Sən niyə sözlərini dəyişdirmisən. Olmaz axı belə? Qulağımı sözlər deşdi. Çünki mən radio aparıcıyam. Get o mahnının o hissəsini düzəlt", - deyə Zaur bildirib. 

Onun bu sözlərinə isə Səidə "Allahdan hər bir şey istəmək olar. İmdad da diləyib, istəyirsən.

Orada səhv yoxdur. Mən studiyaya girib, gözlərimi yumub, mahnını ifa etdim. O qədər mahnının sözlərini düzgün oxumayanlar var ki..." cavabını verib.  

Qeyd edək ki, "Neylərsən" mahnısının sözləri Nuridə Atəşi, musiqisi isə Faiq Sücəddinova məxsusdur.

Milli.Az


Etiketlər:  Zaurdan İlhamə Quliyevanın mahnısının sözlərini dəyişən Səidəyə irad VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ