Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın təkcə Baxmutdakı itkiləri 100 min nəfərdir - Metyu Miller

Rusiyanın təkcə Baxmutdakı itkiləri 100 min nəfərdir - Metyu Miller

Tarix: 25 May 2023 10:22

Rusiyanın təkcə Baxmutdakı itkiləri 100 min nəfərdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə qeyd edib.

O, "Vaqner" muzdlu qrupunun lideri Yevgeni Priqojinin Baxmutda 20 min döyüşçü itirməsi ilə bağlı sözlərinə münasibət bildirərkən qeyd edib ki, Priqojin bir çox məsələ ilə bağlı açıq danışır, lakin onlardan bəziləri doğru deyil.

"Mən Ukrayna tərəfinin itkiləri ilə bağlı danışmayacam. Priqojin bir çox məsələdə açıq danışır, onlardan bəziləri doğrudur, bəziləri isə yox. Amma mən deyə bilərəm ki, bizim qiymətləndirməmizə görə 20 min Rusiyanın Baxmutdakı (real) itkilərinin sayından nəzərə çarpan qədər azdır. Biz açıq şəkildə demişik, itkilər təkcə Baxmutda 100 min nəfərdir. Bu sadəcə həlak olanlar deyil, həm ölənlər, həm də yaralananlardır - Baxmutda təxminən 100 min nəfər", - Miller deyib.

Milli.Az


Etiketlər:  Rusiyanın təkcə Baxmutdakı itkiləri nəfərdir Metyu Miller


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ